"Qarabağ" klubu cari mövsümdə tam qənaətbəxş çıxış edə bilmir. Çempionatın startından bəri komandanı təqib edən zədə "sindromu"u bu gün də 5 futbolçunun xidmətindən yararlanmağa imkan vermir. Komandaya transfer pəncərəsinin bağlanmasına bir gün qalmış gələn Dövran Ayhan da uzun müddət zədəylə bağlı problemlərlə üzləşib. "Simurq"la oyunda rəsmi olaraq debüt edən türkiyəli yarımmüdafiəçi özəlliklə, "Bakı" ilə matçda əla oyunla diqqəti cəlb etmişdi. SİA-nın məlumatına görə, Dövran klubun rəsmi saytına verdiyi açıqlamada son oyunlar və gələcək perspektivlər barəsində danışıb: "Qarabağ"a yeni gələndə zədələnməyim heç yerinə düşmədi. Daim öz üzərimdə çalışaraq zamanımı gözləyirdim. Hazır olmağım üçün vaxta ehtiyac vardı. Komandanın avrokuboklara erkən başladığı üçün müəyyən enişin olması normaldır. Amma getdikcə oyunumuzu tapırıq. Get-gedə daha yaxşı oynayacağıq. Hal-hazırda qərarlaşdığımız 5-ci pillə bizi qane etmir. Üstəlik zədəli futbolçularımızın çoxluğu da öz sözünü deyir. Amma əmin ola bilərsiz ki, tezliklə daha yuxarılara qalxacağıq. Mənim özümün "Qarabağ"a uyğunlaşmağıma gəlincə, təbii ki, komandanın hamısının eyni dildə danışması və fikirləşməsi komandan ruhunun formalaşması üçün çox önəmlidir. "Qarabağ"da bu baxımdan demək olar ki, vəziyyət idealdı. Ona görə də "Qarabağ"da özümü çox rahat hiss edirəm. İnanıram ki, mövsümün sonunda "Qarabağ"da ən azı bir titul qazanacam.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB