Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Opera və Balet Teatrının solisti Fidan Qasımova "Bakı" klubunu ziyarət edib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Şöhrət" ordenli incəsənət xadimi "Bakı" futbol klubunun gündəlik həyatı və qayğıları ilə bağlı ətraflı məlumat alıb. Bakı Musiqi Akademiyası və İstanbul Dövlət Universiteti konservatoriyasının professoru Fidan Qasımova klubun gənc və yeniyetmələrin idmana cəlb olunması sahəsində gördüyü işləri yüksək qiymətləndirib: "Burada gördüklərimdən çox məmnun qaldım. Klubunuz böyük işlər görür. Cənab prezident İlham Əliyevin idmana xüsusi qayğısı və diqqəti sayəsində ölkəmiz bütün dünyada tanınır. Gənclərin və yeniyetmələrin idmana, təlimə, sağlam həyat tərzinə cəlb olunması olduqca böyük işdir.
"Bakı" futbol klubunun fəaliyyəti mənim üçün ikiqat xoş təəssüratlarla yadda qaldı. Sizə gələcəkdə uğurlar arzulayıram, inanıram ki, "Bakı" həmişə birincilər sırasında olacaq".
Xalq artisti Fidan Qasımovaya "Bakı" futbol klubunun atributları, "Toplu Bakı" jurnalının son buraxılışın nüsxələri hədiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB