Azərbaycanın triatlon üzrə yığma komandası Misirin Şarm El Şeyh şəhərində Açıq Afrika Kubokunda uğurla çıxış edib. Azərbaycanın Triatlon Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, idmançılarımız Rostislav Pevtsov və Kseniya Levkovskaya gümüş medal qazanıblar.
R.Pevtsov 37 idmançının mübarizə apardığı yarışda 59 dəqiqə 53 saniyə nəticə göstərib. Yarışın qalibi macarıstanlı Bens Bicak olub
Qadınların mübarizəsində isə yığmanın üzvü Kseniya Levkovskaya 1 saat 10 dəqiqə 46 saniyəlik nəticə ilə 2-ci olub.
Azərbaycan komandası yarışda baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi ilə təmsil olunub.
Qeyd edək ki, Rostislav Pevtsov ötən ay İspaniyanın Las-Palmas şəhərində keçirilmiş Avropa Kuboku yarışında da gümüş medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB