Azərbaycan çempionatında XXI tura start verilib

Azərbaycan çempionatında XXI tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunun növbəti oyunları keçirilib. SİA-nın məlumatına görə, turnir cədvəlinin lideri “Qarabağ” autsayderlər qrupunda qərarlaşan “Keşlə” ilə qarşılaşmada qələbə qazana bilməyib. Matç 1:1 hesabı ilə yekunlaşıb. Əvvəlcə qonaq komandanın heyətində S.Alxasov fərqlənib-0:1. Matçın 57-ci dəqiqəsində isə Riçard Almeyda hesabı bərabərləşdirib-1:1. Bununla da “Qarabağ” xallarının sayını 50-yə çatdırıb.

Günün digər matçında “Kəpəz” öz meydanında “Zirə” ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada hesab açılmayıb-0:0.

Bütün xəbərlər Facebook səhifəmizdə