“Qəbələ” Qallini dünya kubokunda 3-cü yer uğrunda mübarizə aparacaq

“Qəbələ” Qallini dünya kubokunda 3-cü yer uğrunda mübarizə aparacaq

İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokunda yarımfinal oyunları keçirilib. SİA-nın məlumatına görə, ardıcıl 5 qələbə ilə bu mərhələyə yüksələn “Qəbələ” İngiltərənin “Uimbldon” klubunun müvafiq yaş qrupu üzrə komandası ilə görüşüb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Qırmızı-qaralar”ın qoluna Elmir Hüseynli imza atıb. Finalçının adına penaltilər seriyası aydınlıq gətirib. Zərbələri daha dəqiq yerinə yetirən ingiltərəlilər 5:4 hesablı qələbə qazanıblar.

“Qəbələ” bu gün (2 aprel) 3-cü yer uğrunda oyunda Sloveniyanın “Bravo” komandası ilə üz-üzə gələcək. Yarışın qalibi adı uğrunda matçda isə “Uimbldon” və İtaliya “Udineze”si mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə