Messinin ən çox qol vurduğu komanda hansıdır?

Messinin ən çox qol vurduğu komanda hansıdır?

Futbol üzrə İspaniya La Liqasının 30-cu turunda “Sevilya”nın qapısına vurduğu qol “Barselona”nın hücumçusu Lionel Messi üçün əlamətdar olub. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 89-cu dəqiqədə fərqlənərək komandasını məğlubiyyətdən xilas edən argentinalı futbolçu bütün turnirlər nəzərə alınmaqla, “Sevilya”nın qapısından ümumilikdə 30-cu topu keçirib.

Qeyd edək ki, Messi karyerasında ən çox elə “Sevilya”nı məyus edib. Ulduz futbolçunun ən çox qol vurduğu ikinci komanda isə “Atletiko”dur – 28 qol.

Bütün xəbərlər Facebook səhifəmizdə