“Açığı, “Çelsi”dəki gələcəyimin necə olacağını bilmirəm. Bu, mənim yox, klubun problemidir”. “Goal.com”un yazdığına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib. Komandadakı gələcəyi ilə bağlı sualı cavablandıran italiyalı mütəxəssis hər şeyin nəticədən asılı olacağını bildirib:
“Siz də gözəl başa düşürsünüz ki, oyunçuların öz gələcəyini düşünməsi daha asan olur. Baş məşqçinin işi isə tamam fərqlidir. Bizim heç bir zəmanətimiz yoxdur. Müqavilə var, amma 1-2 oyundan sonra necə olacağını bilmirsən. Biz nəticədən asılı insanlarıq”.
Qeyd edək ki, “Çelsi” 30 oyundan sonra 56 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB