Zidan açıqladı: "İsko “Real”da qalacaq"

Zidan açıqladı: "İsko “Real”da qalacaq"

“İsko ilə onun problemləri barədə danışdım. O, bizim komandamızın vacib oyunçusudu”. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, bunu “Real”ın baş məşqçisi Zinəddin Zidan deyib.

Bir müddət əvvəl İskonun “kral klubu”nu tərk edəcəyi barədə yayılan xəbərlərə aydınlıq gətirən Zidan futbolçusundan məmnun olduğunu bildirib: “Meydanda etdikləri xoşuma gəlir. Hər oyun bütün bacarığını nümayiş etdirməyə çalışır. Buna görə də daha çox oynamaq istəyir. Ancaq İsko unutmamalıdı ki, komandada 25 futbolçu var. Bütün matçlardan əvvəl bir seçim etməliyik. Bu, həmişə problem yaradır. İsko “Real”ın futbolçusudu və yayda komandamızda qalacaq”.

Qeyd edək ki, İskonun “Mançester Siti”nin maraq dairəsində olduğu yazılmışdı. “Şəhərlilər”in 26 yaşlı yarımmüdafiəçi üçün 75 milyon funt-sterlinq ödəməyə hazır olduğu bildirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə