Polşalı futbolçu Bakı haqqında danışdı

Polşalı futbolçu Bakı haqqında danışdı

“Legioner həyatı yaşadığım ölkələrdən maliyyə baxımından ən sərfəlisi Ukrayna idi. Azərbaycanda isə Polşadakı qədər qazanırdım. İsveç və Norveçdə əmək haqqım kosmik səviyyədə olmadı. Ancaq orada yaşayış çox baha idi". Qol.az-ın məlumatına görə, bu sözləri “Simurq”un sabiq futbolçusu Marçin Burkxardt Polşa mətbuatına müsahibəsində deyib.

34 yaşlı yarımmüdafiəçi bildirib ki, Azərbaycan oynadığı ən ekzotik ölkələrdən biri idi: "Qafqaz dağlarının ətəyində yerləşən bir kənddə yaşayırdım. İnsanlar küçədə uzunqulağa minirdilər. Bakıya gedəndə isə sanki başqa dünyaya düşürdük. Azərbaycan paytaxtı çox qlamur və dəbdəbəli yerdir. Hər matçdan sonra məşqçimiz 2 günlük Bakıya getməyimizə icazə verirdi”.

Bütün xəbərlər Facebook səhifəmizdə