"Sumqayıt” futbol klubunun 2 futbolçusu Topaz Premyer Liqasının 21-ci turunda "Qəbələ” ilə səfər matçında oynaya bilməyəcək. SİA-nın məlumatına görə, "kimyaçılar”ın formasını icarə əsasında geyinən müdafiəçi Bəhlul Mustafazadə və hücumçu Ülvi İskəndərov müqavilə ilə məhz Qəbələ təmsilçisinə məxsusdular. Razılaşmaya əsasən onlar "qırmızı-qaralar”a qarşı heç bir rəsmi matçda top qova bilməzlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB