Zlatan İbrahimoviç: "Yaşımla bağlı narahat olmayın"

Zlatan İbrahimoviç: "Yaşımla bağlı narahat olmayın"

Zlatan İbrahimoviç "Los-Anceles Qalaksi”yə keçəndən sonra iddialı açıqlama ilə yadda qalıb. SİA-nın məlumatına görə, isveçli ulduz belə deyib: "Mən qoca doğulmuşam, cavan öləcəyəm. Yaşımla bağlı narahat olmayın. İngiltərəyə əlil arabasında getdim və üç aya oranı fəth etdim. Aslan yenə acdı. Bura əvvəl də gəlmək istəyirdim. Amma alınmırdı. Qismət imiş, gəldim. "Los-Anceles”in çağırışına səs verdim”.

Xatırladaq ki, 36 yaşlı forvard aldığı ağır zədədən sonra "Mançester Yunayted”lə olan müqaviləsini qarşılıqlı razılıq əsasında pozaraq ABŞ çempionatına yollanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə