Bu gün Premyer Liqada XXXII tura start veriləcək

Bu gün Premyer Liqada XXXII tura start veriləcək

Bu gün İngiltərə Premyer Liqasının XXXII turuna start veriləcək. İki gün davam edəcək turun açılış günündə səkkiz qarşılaşma oynanılacaq. SİA-nın məlumatına görə, “Everton” doğma meydanda çempionatın lideri “Mançester Siti”ni qəbul edəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək. “Svonsi Siti” klubu isə çempionatda ikinci sırada qərarlaşan “Mançester Yunayted”in qonağı olacaq.

Turun mərkəzi görüşü “Stenford Bric” arenasında keçiriləcək. Son çempion “Çelsi” aprelin 1-də “Tottenhem” klubunu qəbul edəcək. Bu komandalar indiyədək 159 dəfə qarşılaşıblar. 68 matçda “Çelsi”, 51 görüşdə “Tottenhem” qalib gəlib. Qırx matç isə heç-heçə başa çatıb.

Hazırda Premyer Liqaya 81 xalla “Mançester Siti” liderlik edir. “Mançester Yunayted” (65 xal) ikinci, “Liverpul” (63 xal) üçüncü, “Tottenhem” (61 xal) dördüncü sırada yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə