"Yuventus" İtaliya A seriyasının 30-cu turunda "Milan"la oyun öncəsi ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, Mario Mandzukiç məşq zamanı zədələnib. Komandanın baş məşqçisi Massimiliano Alleqri xorvatiyalı hücumçunun "Real"la görüş öncəsi zədəsinin daha da ağaırlaşmaması üçün onu İtaliya derbisində oynatmamağa qərar verib.
Qeyd edək ki, "Yuventus" - "Milan" görüşü bu gün keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB