Türkiyə Superliqasında 27-ci tura start verilib

Türkiyə Superliqasında 27-ci tura start verilib

Türkiyə Superliqasında 27-ci tura start verilib. SİA-nın məlumatına görə, turun açılış oyunu Sivasda keçirilib.

“Sivasspor”un “Kardemir Karabük”ü qəbul etdiyi matçın taleyini 1 qol həll edib. Bifoumanın 47-ci dəqiqədə vurduğu qol Sivas təmsilçisinə qələbə qazandırıb.

Bu qələbə sayəsində xallarının sayını 41-ə çatdıran “Sivasspor” turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Kardemir Karabük” isə 12 xalla sonuncudur.

Qeyd edək ki, turun digər oyunları bu gün və sabah keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə