"Roma"nın futbolçusu Cengiz Ünderin adı İtaliya A seriyasının 30-cu turunda "Bolonya" ilə oyun üçün heyətdən çıxarılıb. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, əzələsində yüngül zədəsi olan 22 yaşlı oyunçuya baş məşqçi korpusu istirahət vermək qərarına gəlib. Həkimlər onun Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə matça kimi hazır olmasına çalışacaq.
Qeyd edək ki, "Bolonya" - "Roma" görüşü sabah keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB