Şenol Günəş: "Cenk Tosunun göndərilməsi çətin qərar oldu"

Şenol Günəş: "Cenk Tosunun göndərilməsi çətin qərar oldu"

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Cenk Tosunun "Everton"a transferi haqda danışıb. SİA-nın məlumatına görə, "Liverpool Echo"ya danışan mütəxəssis Tosunun vacib futbolçu olduğunu və asan şəkildə göndərmədiklərini deyib: "Tosunun göndərilməsi klubumuz adına çətin qərar oldu. Çünki Cenk komandamızın vacib futbolçularından biri idi. Hələ yaşı azdır, çalışmağı sevən bir insandır. Cenk sağ və sol ayaqlarıyla, başla da əla oynayan möhtəşəm hücumçudur. Premyer Liqada uğurlu çıxış edəcəyinə inanıram".

Qeyd edək ki, 26 yaşlı forvard qış fasiləsində 22+6 milyon avro qarşılığında "Beşiktaş"dan "Everton"a keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə