PSJ-nin futbolçusu Hatem Ben Arfa bu mövsümün sonu Paris klubundan ayrılacaq. Bu barədə 31 yaşlı oyunçu özününü "İnstagram" hesabında yazıb: "Tezliklə PSJ-dəki karyeram sona çatacaq. Çətin anlara baxmayaraq, bu klubun formasını geyindiyim üçün xoşbəxtəm. Komanda yoldaşlarıma və məni dəstəkləyənlərə təşəkkür edirəm".
Qeyd edək ki, Ben Arfanın iyunda müqaviləsinin müddəti başa çatacaq və azad agent statusu alacaq.
Xatırladaq ki, Ben Arfa PSJ-nin heyətində sonuncu dəfə ötən ilin aprel ayında meydana çıxıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB