I Divizionda 21-ci tura start verilib - NƏTİCƏLƏR

I Divizionda 21-ci tura start verilib - NƏTİCƏLƏR

Futbol üzrə Azərbaycan I Divizionunda 21-ci tura start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə iki görüş baş tutub. Lider “Qaradağ Lökbatan” səfərdə “Binə” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı görüşdə qonaqlar qələbəni son anda əldən veriblər - 2:2.

“Xəzər” isə “Ağsu” ilə səfər oyunundan qalib ayrılıb - 3:1.

I Divizion

21-ci tur
29 mart (cümə axşamı)

“Ağsu” – “Xəzər” 1:3

Qollar: Malik Babayev, 37 – Tural Qürbətov, 26, Vadim Abdullayev, 43, Rəşad Qarayev, 90+3-avtoqol.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Habil Əliyev, Emin Nağıbəyov.
Ağsu şəhər stadionu.

“Binə” – “Qaradağ Lökbatan” 2:2

Qollar: Seymur Abdullayev, 83, Vüsal Səfərov, 90+2 – Ruslan Tağızadə, 69, Əliqulu Manafov, 85.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Etibar Həsənov.
Binə qəsəbə stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə