Messi daha bir otel alıb

"Barselona”nın futbolçusu Lionel Messi İbiza adasında otel alıb. SİA-nın məlumatına görə, otel ikinci sahil xəttində, adanın ən məşhur çimərliklərindən birində yerləşir.

Mehmanxanada bir gecə qalmağın qiyməti 226 - 525 funt sterlinq təşkil edir. Oteldə 52 otaq, böyük hovuz, damda bar və VİP xidmətləri var.

Qeyd edək ki, Lionel Messi ötən il İspaniyanın Sidjes bölgəsində 26 milyon funt sterlinqə 4 ulduzlu otel alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə