Dörd güllə atıcımız dünya çempionatına vəsiqə qazanıb

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində dünya kuboku yarışlarında iştirak edib. SİA-nın məlumatına görə, idmançılarımız çıxışlarını uğurla başa vurublar. Belə ki, Aybəniz Babayeva, Elşad Məmmədov, Yelena Taranova və Kamran Zeynalov mayın 1-12-də Koreya Respublikasında keçiriləcək dünya çempionatına lisenziya qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə