Sambo üzrə Bakı birinciliyi keçirilib

Sambo üzrə Bakı birinciliyi keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində 2004-2005-ci il təvəllüdlü idmançılar arasında sambo üzrə paytaxt birinciliyi keçirilib. BŞGİBİ-dən SİA-ya bildiriblər ki, birincilikdə 11 çəki dərəcəsi üzrə 145 idmançı mübarizə aparıb.

Yarışda Ziyəddin Zeynallı (32 kq), Nicat İsmayılov (35 kq), Əhməd Ağayev (38 kq), Taryel Şıxəliyev (42 kq), Kənan Həsənov (46 kq), Musaxan Gülməmmədov (50 kq), Sadiq Zeynallı (54 kq), Zahid Səfərzadə (59 kq), Nihad Şeyxov (65 kq), İsmayıl Kamilov (71 kq) və Orxan Məcidli (71 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə