“Barselona” ciddi itki ilə üzləşib. Klubun saytında yer alan xəbərə görə, komandanın müdafiəçisi Luka Din zədələnib. Fransa millisinin üzvü yığmanın düşərgəsində olarkən əzələsindən zədə alıb. Tibbi müayinədən keçdikdən sonra onun 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub.
Bu isə o deməkdir ki, 24 yaşlı futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində “Roma” ilə aprelin 4-də və 10-da keçiriləcək oyunları buraxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB