Futbolçu hakimi təhqir etdiyinə görə 4 oyun cəzalandı

Futbolçu hakimi təhqir etdiyinə görə 4 oyun cəzalandı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

23 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XX turunun “Xəzər” – “Turan” matçında “Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

24 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XX turunun “Zaqatala” – MOİK matçının 82-ci dəqiqəsində MOİK klubunun 2 №-li futbolçusu Yunis Muxtarlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur (maddə 38.2).

17 mart 2018-ci il, Region Liqanın “Gənclik” – “Kürdəmir” matçında “Gənclik” klubunun heyətində 3 №-li futbolçu Emin Qasımov cəzalı olduğu halda oyunda iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).

18 mart 2018-ci il, Region Liqanın, “Tufan” – “Şağan” matçında “Tufan” klubunun baş məşqçisi Natiq Məmmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).

14 mart 2018-ci il, Gənclər Liqasının “Zirə” – “Neftçi” matçının 43-cü dəqiqəsində “Neftçi” klubunun 12 №-li futbolçusu Məhərrəm Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

26 mart 2018-ci il, Bakcell U-17 Liqasının “Qarabağ” – “Neftçi” matçının 35-ci dəqiqəsində “Qarabağ” klubunun 17 №-li futbolçusu Mehdi Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

17 mart 2018-ci il, Boulevard U-15 Liqasının, “Viləş” – “Zirə” matçının 62-ci dəqiqəsində “Zirə” klubunun 6 №-li futbolçusu Mirzəbəy Şaxbazov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

26 mart 2018-ci il, U-14 Liqasının “Keşlə” – “Qəbələ” matçının 56-cı dəqiqəsində “Qəbələ” klubunun 1 №-li futbolçusu Kamil Nəzərli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

25 mart 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Hövsan” – “Ulduz” matçının 33-cü dəqiqəsində “Hövsan” klubunun 4 №-li futbolçusu Ruslan Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Bütün xəbərlər Facebook səhifəmizdə