Qılıcoynatma üzrə dünya çempionatında Azərbaycanı yalnız qızlar təmsil edəcək - AÇIQLAMA
Azərbaycan qılıncoynadanları dünya çempionatında mübarizə aparacaqlar. Bu barədə SİA-ya Qılıncoynatma üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Tahir Həkimov açıqlama verib. Onun sözlərinə görə, noyabrın 4-də Parisdə start veriləcək çempionatda Azərbaycanı yalnız 2 qız idmançı – Sevil Bünyatova və Sabina Mikina təmsil edəcək. Baş məşqçi qeyd edib ki, qızlarımız sablya silahı ilə mübarizəyə qatılacaqlar. T.Həkimov 100 ölkənin qatılacağı yarışda qızlarla yanaşı oğlanların da iştirak edəcəyini bildirib. O, Azərbaycandan oğlan idmançıların çempionata qatılmamasının səbəbini hələ ki, o səviyyədə idmançımızın olmaması və maliyyə problemi ilə əlaqələndirib: "Real nəticə əldə edə biləcək cəmi 2 qız idmançımız var. Digərlərini isə hələ ki, yetişdirdirməyə çalışırıq. Bu heç də asan iş deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB