George Hacının Türkiyə təmsilçisi "Qalatasaray"a baş məşqçi təyin edilməsindən sonra, rumıniyalı mütəxəssis fiziki hazırlıq üzrə məşqçi qismində "Neftçi"də çalışan italiyalı Covanni Melkiorreni görmək istədiyini açıqlayıb. "Neftçi"nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məhz "Neftçi" PFK-nın rəhbərlyinin icazəsi və özünün şəxsi istəyi ilə flaqmanla müqaviləsi olan italiyalı mütəxəssisə "Qalatasaray"la danışıqlar aparmaq üçün İstanbula yollanmağa icazə verilib. Lakin Türkiyəyə danışıqlar aparmaq adı ilə yola düşən Covanni Melkiorre haqqında "Qalatasaray" klubunun rəsmi internet saytında yeni məlumat yerləşdirilib. Belə ki, İstanbul təmsilçisinin rəsmi internet saytının "məşqçilər və texniki işçilər" bölümündə Covanni Melkiorre komandanın fiziki hazırlıq üzrə məşqçisi kimi göstərilib.
Qeyd edək ki, Covanni Melkiorrenin mövsümün sonuna qədər "Neftçi" PFK ilə müqaviləsi mövcuddur. "Neftçi" PFK bu məsələ ilə bağlı UEFA-nın müvafiq qurumuna şikayət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB