Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında güləş qaydalarına bəzi dəyişikliklər təsdiqlənib. Bu dəyişikliklər aprelin 2-dən qüvvəyə minəcək. SİA xəbər verir ki, dəyişikliklərə əsasən, yarış vaxtı döşək rəhbərinin çağırışı ilə hakimlərin məsləhətləşməsi zamanı videotəkrara baxılmayacaq. Videotəkrara yalnız məşqçi tərəfindən etiraz edilərkən baxılacaq. Həmçinin yunan-Roma güləşində passiv xəbərdarlığı vermək üçün gözlənilən vaxt müddəti ləğv edilib, passivliyə görə parter tətbiq edilməsi isə hər hissədə 1 dəfə olmaq şərti ilə məhdudlaşdırılıb.
Neqativ güləş adlandırılan və qaydalara zidd hərəkətlərə görə, sərbəst güləşdə xəbərdarlıq rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq rəqibə 2 xal verilməklə qiymətləndiriləcək. Güləşmədən qaçmağa görə, sərbəst güləşdə xəbərdarlığa görə rəqibə 1, yunan-Roma güləşində isə 2 xal veriləcək. Xalçadan qaçma da güləşmədən qaçma kimi dəyərləndiriləcək, ancaq təhlükəli vəziyyətdə xalçadan qaçmağa görə hər iki güləş növü üzrə xəbərdarlıq rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.
Yunan-Roma güləşində hücum edən güləşçi ayaqdan istifadə edərsə əvvəlcə şifahi xəbərdarlıq ediləcək, ikinci dəfə isə xəbərdarlığa görə rəqibə 1 xal veriləcək. Yunan-Roma güləşində müdafiə olunan güləşçi ayaqdan istifadə edərsə əvvəlcə xəbərdarlıq və rəqibə 2 xal verilməklə qiymətləndiriləcək, ikinci dəfə isə yarışdan kənarlaşdırılacaq və qələbə digər idmançıya veriləcək.
Qəsdən kobud qayda pozuntusuna yol verən güləşçi qırmızı kartla cəzalandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB