Velosipedçimiz Türkiyədə 3-cü olub

Türkiyənin Alanya bölgəsində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Cartier” yarışına yekun vurulub. Velotur ölkəmizin “Synergy Baku” komandası üçün uğurlu nəticə ilə yadda qalıb. SİA xəbər verir ki, 4 mərhələdən ibarət “Cartier” turunda Samir Cəbrayılov, Telman Vəliyev, Kərim Şirəliyev, Ənvər Asanov, Aleksandr Polivoda, Elgün Əlizadə və Kənan Qəhrəmanlı ilə təmsil olunan “Synergy Baku”nun heyətində ən yüksək nəticəyə Aleksandr Polivoda imza atıb. O, 4 mərhələnin yekununa əsasən qalibdən 16 saniyə geri qalmaqla ümumi təsnifatda 3-cü yeri tutub.

Bu nəticə velosipedçimizə 25 reytinq xalı da qazandırıb. Sprinterlərin mübarizəsində isə təmsilçimiz 5-ci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə