"Neftçi” PFK-nın U-17 komandası ardıcıl beşinci qələbəsini qazanıb. SİA-nın məlumatına görə, komanda Bakcell U-17 Liqasının 25-ci turunda "Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib. Qollara Vüsal Əsgərov və Valeh Qəhrəmanlı imza atıblar. "Neftçi” bu qələbədən sonra 51 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
"Neftçi” Futbol Akademiyasının daha 7 komandası çempionat oyununda qüvvəsini sınayıb. Nəticələri təqdim edirik:
U-15 Liqası: "Kəpəz” – "Neftçi” 4:0
U-14 Liqası: "Neftçi” – "Səbail” 3:0
Qollar: Türkel Mirzəli, Elcan Əbilov, Ağadadaş Salyanski.
Coca-Cola U-13 Liqası: "Sumqayıt” – "Neftçi” 1:3
Qollar: Ramiz Muradov (2), Nəbi Hacıyev.
U-13 Qızlar Liqası: "Qusar” – "Neftçi” 0:9
Qollar: Jasmin Abdullayeva (3), Nurçin Tarverdizadə (3), Elvira Məmmədova, Ayşən Salamzadə, Səlimə Tahirova.
U-12 Liqası: "Neftçi” – "Səbail” 1:0
Qol: Erik Liam.
U-11 Liqası: "Neftçi” – "Qarabağ” 4:1
Qollar: Vüsal Kərimov (2), Amin Muradov, Rza Əlizadə.
U-10 Liqası: "Neftçi” – EFA 7:3
Qollar: Vüsal Kərimov (3), Rüstəm Hüseynli (2), Fuad Kərimli, Azər Məmmədzadə.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB