“Qarabağ” MOİK-lə oyuna hazırlaşır

“Qarabağ” MOİK-lə oyuna hazırlaşır

"Qarabağ" klubu MOİK-lə oyunun hazırlıqlarına başlayıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, "Xəzər-Lənkəran"la oyundan sonra komanda dərhal 2-ci yarının ilk turundakı oyunun çalışmalarına start verib. Ağdam təmsilçisinin bazasında cənublularla oyunda meydanda olmayan və 90 dəqiqə mübarizə aparmayan futbolçular məşq ediblər. Dünəndən isə komanda tam heyətlə məşqlərə başlayıb. Komandada 5 nəfər zədəli hələ də heyətə qoşula bilmir. Əfran İsmayılovun durumu məlum olsa da, Emin İmaməliyev, Maksim Medvedev "Xəzər-Lənkəran"la oyundan qabaq yenidən sıradan çıxıb. Samir Abasovun isə boyun fəqərələrində problem var.

Dünən komanda ilk olaraq fitnes zalında məşq edib. 15:00-da isə Ağdam təmsilçisi Zabrat qəsəbə stadionuna yollanıb. Oyun gününə qədər "Qarabağ" Zabratda məşq edəcək.

Xatırladaq ki, "Qarabağ" - MOİK oyunu noyabrın 5-də saat 14:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə