Azərbaycan boksçuları Litvada 7 medal qazanıblar - FOTOLAR

Azərbaycan boksçuları Litvada 7 medal qazanıblar - FOTOLAR

Litvanın paytaxtı Vilnüsdə gənc boksçular arasında Dan Poznyakın xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir başa çatıb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə,13-cü dəfə keçirilən yarışda Azərbaycan millisi 7 medal qazanıb.

Bütün rəqiblərinə qalib gələn Nurlan Səfərov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Nəbi İsgəndərov (56 kq) və Zaur Musayev (81 kq) gümüş medalla kifayətləndiyi halda, Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nicat Həsənov (69 kq) və Məhəmməd Yusifov (75 kq) üçüncü yeri tutublar.

Yığmamız komanda hesabında ikinci olub. Millimizi yalnız Rusiya boksçuları qabaqlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə