Bu gün Türkiyənin Antalya şəhərində Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. SİA-nın məlumatına görə, “Mardan” stadionunda saat 20:00-da başlayacaq və türkiyəli hakimlərin idarə edəcəyi oyunda VAR (video assistant referee) sistemi tətbiq olunacaq.
Baş hakim: Halis Özkahya
Baş hakimin köməkçiləri: Kemal Yılmaz, Kerem Ersoy
Dördüncü hakim: Ali Palabıyık
VAR (video assistant referee): Cüneyt Çakır
AVAR (assistant video assistant referee): Hüseyin Göçek
Bütün xəbərlər Facebook səhifəmizdə