Ölkənin ən güclü yeniyetmə boksçuları müəyyənləşir

Ölkənin ən güclü yeniyetmə boksçuları müəyyənləşir

Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib. SİA-nın məlumatına görə, Boks Mərkəzində təşkil olunan yarışa 50-yə yaxın komandanın 294 idmançısı qatılıb.

2004-2005-ci il təvəllüdlü boksçular arasında keçirilən birincilikdə 19 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Final qarşılaşmaları isə martın 31-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə