Azərbaycanın ən güclü ustad ağır atletləri müəyyənləşib

Azərbaycanın ən güclü ustad ağır atletləri müəyyənləşib

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında ustad ağır atletlər arasında Azərbaycan çempionatı keçirilib. SİA-nın məlumatına görə, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib. Namiq Cəmilov toplam 276 kiloqram (130+146) nəticə və 358,42 xalla bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. İkinci yerə 236 kiloqram (106+130) nəticə və 357,10 xalla Zəfər Tağıyev, üçüncü yerə isə toplam 200 kiloqram (95+105) nəticə və 349,39 xalla Nizami Zeynalov layiq görülüb.

Beləliklə, iki gün davam edən ağır atletika üzrə Azərbaycan çempionatına yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə