Messi: "Hər zaman oynamaq istəyirəm"

Messi: "Hər zaman oynamaq istəyirəm"

Argentinanın İtaliyanı 2:0 hesabı ilə məğlub etdiyi yoxlama matçında zədə səbəbindən oynamayan Lionel Messi açıqlama verib. SİA-nın məlumatına görə, hücumçu bu zədənin yeni olmadığını bildirib: "Dizimdəki zədəyə görə bəzən ağrılar hiss edirəm. Bu, yeni deyil. Hər zaman oynamaq istəyirəm. Hələ ki, dünya çempionatına müəyyən zaman var. Bu oyunda risk etmədik. Bu səbəbdən oynamıram. Lakin İspaniyaya qarşı oynamaq fikrim var".

Bütün xəbərlər Facebook səhifəmizdə