Rusiyada keçirilən Mixail Çiqorinin xatirəsinə həsr olunmuş şahmat üzrə beynəlxalq turnir davam edir. SİA-nın məlumatına görə, 4-cü tur çərçivəsində Azərbaycan təmsilçisi Eltac Səfərli erməni Davit Petrosyanla qarşılaşıb. Təmsilçimiz qalib gələrək növbəti xalı aktivinə yazdırıb. O, 3,5 xalla 7-ci pilləyə qalxıb.
Digər təmsilçimiz Cahangir Ağarəhimov isə Ukrayna şahmatçısı Anna Uşenina ilə sülh bağlayıb.
Qeyd edək ki, yarışda 275 şahmatçı mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB