Topaz Premyer Liqada yaranan fasilədən istifadə edən “Qarabağ” və “Sumqayıt” yoxlama oyununda üz-üzə gəlib. Qol.az-ın məlumatına görə, “Azərsun Arena”da keçirilən görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ” – “Sumqayıt” – 2:1
Qollar: Pedro Enrike, 68 (1:0), Elnur Abdullayev, 75 (1:1), Ruslan Hacıyev, 90 (2:1)
Qeyd edək ki, "Qarabağ" Topaz Premyer Liqada 20 turdan sonra 49 xalla turnir cədvəlinə başçılıq edir. "Sumqayıt" isə 34 xalla 3-cüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB