"Yuventus"un qapıçısı Canluici Buffon İtaliya millisində növbəti oyununa çıxıb. SİA-nın məlumatına görə, yığmadakı karyerasını bərpa edən 40 yaşlı qolkiper Argentinaya qarşı matçda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, İtaliya - Argentina görüşü ikincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, C.Buffon DÇ-2018-in pley-off mərhələsində İsveçəyə məğlubiyyətdən sonra yığmadakı karyerasını başa vurduğunu açıqlamışdı. Ancaq o, Argentina və İngiltərə ilə yoxlama oyunları üçün millinin dəvətini qəbul edərək yığmaya qayıdıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB