Almaniyanın paytaxtı Berlindəki şahmat tacına iddiaçılar turnirində bu gün 12-ci turun görüşləri keçiriləcək. SİA-nın məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Liren Dinqlə (Çin) qarşılaşacaq. İlk dövrədə qara fiqurlarla çinli rəqibi ilə heç-heçə edən həmyerlimiz bu dəfə ağ fiqurlarla oynayacaq.
İddiaçılar turniri
XII tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Liren Dinq (Çin)
Sergey Karyakin (Rusiya) - Fabiano Karuana (ABŞ)
Vladimir Kramnik (Rusiya) - Uesli So ( ABŞ)
Aleksandr Qrişuk (Rusiya) - Levon Aronyan (Ermənistan)
Turnir cədvəli: F.Karuana - 7 xal, Ş.Məmmədyarov – 6,5, A.Qrişuk, S.Karyakin – 6, L.Dinq – 5,5, V.Kramnik – 5, U.So – 4,5, L.Aronyan – 3,5.
Bütün xəbərlər Facebook səhifəmizdə