Rövnəq Abdullayev: "Finala çıxaq, sonra danışarıq"

Rövnəq Abdullayev: "Finala çıxaq, sonra danışarıq"

"Normal oyun oldu. Baş məşqçi Qurban Qurbanov komandanı sınaqdan çıxardı. Heyətdəkilərin bir çoxu yeni oyunçular idi". Bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan və Belarus yığmaları arasındakı yoldaşlıq görüşünü dəyərləndirərkən deyib. R.Abdullayev yığmanın 0:1 hesablı məğlubiyyətindən razı qalmadığını bildirib: "Düzdür, bu, rəsmi oyun deyildi. Amma uduzmaqdan kim razı olar?"

AFFA prezidenti Millətlər Liqasının final mərhələsində Ermənistanla qarşılaşma ehtimallarına isə belə reaksiya verib: "Bu barədə danışmaq hələ tezdir. Finala çıxaq, sonra danışarıq. "Arxı keçməmiş hop etməzlər" .

Bütün xəbərlər Facebook səhifəmizdə