İdman gimnastlarımız 11-ci Doha dünya kuboku yarışlarında iştirak edirlər

Qətərin paytaxtı Dohada idman gimnastikası üzrə 11-ci dünya kuboku yarışları keçirilir. SİA-nın məlumatına görə, turnirdə Azərbaycan 4 idmançı ilə təmsil olunur. Qadınların yarışında Marina Nekrasova, Yuliya İnşina, kişilərin mübarizəsində isə Murad Ağarzayev və Timur Bayramov ölkəmizi təmsil edirlər.

Qeyd edək ki, yarışlara martın 24-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə