İngiltərənin “Ridinq” klubu baş məşqçi Yap Stamı istefaya göndərib. Klubun saytında yer alan xəbərə görə, komandanın uğursuz çıxışları rəhbərliyin bu addımı atmasına səbəb olub. Ötənlərin məşhur müdafiəçisinin 2019-cu ilə qədər olan müqaviləsinə xitam verilib. Hazırda “Ridinq” Çempionşipdə 20-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Hollandiya millisinin sabiq üzvü ötən ilin fevral ayından “Ridinq”i çalışdırırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB