Yunanıstanda keçirilən yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı başa çatıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 20-dən 30-a qədər davam edən çempionat İsveçrə sistemi ilə 11 turdan ibarət olaraq keçirilib. 8 yaşlılar arasında Avropa "qızıl"ını qazanan Abdulla Qədimbəyli dünya çempionatında da eyni əyarlı medala sahib çıxıb. O, 9.5 xalla çempionatı vahid lider kimi başa vurub. 14 yaşlı oğlanlar arasında 9 xalla İzzət Kənan da çempionluq sevincini yaşayıb. 18 yaşadək qızlar arasında Nərmin Kazımova yekunda aktivinə 9 xal yaza bilib. O, Perulu şahmatçı Kori Deysi ilə eyni xalı toplasa da əlavə əmsallara görə rəqibini qabaqlayaraq qızıl medal qazanıb.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti dünya çempionatında 3 qızıl medal qazanan yeganə ölkə olub. Əlavə olaraq qeyd edək ki, Gəncə şahmat məktəbinin yetirməsi Ayaz Məmmədov beynəlxalq usta normasını yerinə yetirib. Xatırladaq ki, müstəqillik illərindən indiyə qədər şahmatçılarımız vətənə medalsız dönməyiblər. Bundan öncə şahmatçılarımız Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında 4 medal (3 qızıl, 1 gümüş – Abdulla Qədimbəyli, 8 yaş, qızıl; Ülviyyə Fətəliyeva, 14 yaş, qızıl; Vasif Durarbəyli, 18 yaş, qızıl; Xəyalə Abdulla, 18 yaş, bürünc) qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB