Üzgüçülük üzrə Bakı şəhər çempionatı başa çatıb

Üzgüçülük üzrə Bakı şəhər çempionatı başa çatıb

 Nərimanov rayonunda yerləşən Təhsil RİM-nin üzgüçülük hovuzunda keçirilən üzgüçülük idman növünün çoxnövçülüyü üzrə Bakı şəhər çempionatına yekun vurulub. SİA-nın məlumatına görə, çempionatda "AZDBTİA", "Xətai UGİM", "Neft Akademiyası", "Təhsil RİM", "Start İƏK", "Sərhədçi OİK", "Neftçi İSM" kimi komandaları təmsil edən 71-ə yaxın idmançı mübarizə aparıblar.
  Yarışda sərbəst üsulda (stayerçilər üçün) 100 m, 200 m, 400 m, 800 m məsafələrdə kişilər arasında I yerə Piriyev Fuad ("Təhsil RİM"), II yerə Həmzəyev Səid ("Sərhədçi OİK"), III yerə Məmmədov Rüfət ("Sərhədçi OİK"), sprintrlərdə 50 m, 100 m, 50 m, 200 m məsafələrə kişilər arasında I yerə Hüseynov Elvin ("Təhsil RİM"), II yerə Arkaniya Zaur ("AzDBTİA"), III yerə Həşimov Vahid ("Neft Akademiyası"), qadınlar arasında I yerə İsmayılova Əfsanə ("AzDBTİA"), II yerə Paşutina Yelena ("Neftçi İSM"), III yerə Hacıyeva Səidə ("Neftçi İSM"), arxa üstə üzmək növündə 50 m, 100 m, 200 m, 400 m məsafələrə kişilər arasında I yerə Kirilov Boris ("Neftçi İSM"), II yerə Qafarlı Məhəmməd ("Təhsil RİM"), III yerə Quliyev Ənvər ("Neftçi İSM"), qadınlar arasında I yerə Hacıyeva Səidə ("Neftçi İSM"), II yerə Nəbiyeva Ləman ("Xətai UGİM"), III yerə Kosenko Yelena ("Sərhədçi OİK"), brass üzrə 50 m, 100 m, 200 m, 400 m məsafələrə kişilər arasında I yerə Əhmədov Tərlan ("Sərhədçi OİK"), II yerə Yusifov Zakir ("Xətai UGİM"), III yerə Şükürov Rəsul ("Neft Akademiyası"), qadınlar arasında I yerə Nehmətova Nigar ("Xətai UGİM"), II yerə Arxipova Vlada ("Sərhədçi OİK"), III yerə Şirinova Elnarə ("Sərhədçi OİK"), batterflyay növlərində 50 m, 100 m, 200 m, 400 m məsafələrə kişilər arasında I yerə Piriyev Fuad ("Təhsil RİM"), II yerə Yusifov Elmir ("Təhsil RİM"), III yerə Rəcəbov Əbdürəhman ("Xətai UGİM") qadınlar arasında I yerə Hacıyeva Səidə ("Neftçi İSM"), II yerə Nəbiyeva Ləman ("Xətai UGİM"), III yerə Kosenko Yelena ("Sərhədçi OİK") layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə