Futbol üzrə Bakı şəhər Kubokunun sahibi bəlli olub

Futbol üzrə Bakı şəhər Kubokunun sahibi bəlli olub

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Bakı şəhərinin rayon stadionlarında futbol üzrə Bakı şəhər Kuboku keçirilib. Baş İdarədən SİA-ya verilən məlumata əsasən, yarışda Bakı şəhərinin 11 rayon "Yasamal", "Nəsimi", "Nizami", "Suraxanı", "Sabunçu", "Xəzər", "Binəqədi", "Qaradağ", "Səbail", "Xətai", "Nərimanov" komandaları (hər komandada 20 oyunçu) mübarizə aparıb.
Gərgin mübarizə şəraitində keçən oyunlarda yarımfinala Səbail, Xətai, Qaradağ, Xəzər komandaları vəsiqə qazanıblar. "Səbail" və "Xətai" komandaları arasında gedən mübarizədə "Səbail" komandası 3:2 hesabı ilə, digər yarımfinal oyununda isə "Qaradağ" və "Xəzər" komandaları arasında gedən mübarizədə "Qaradağ" komandası 4:2 hesabı ilə qalib gəlib. Final oyunlarında qarşılaşan "Səbail" və "Qaradağ" komandaları arasında gedən mübarizədə "Qaradağ" komandası 4:0 hesabı ilə qalib gələrək yarışın kubokuna layiq görülüb.
Yarışda I, II və III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri və kubokla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə