“Borussiya” "Maynts”ı, "Hoffenhaym” isə “Hannover”i məğlub etdi

“Borussiya” "Maynts”ı, "Hoffenhaym” isə “Hannover”i məğlub etdi
Almaniya Bundesliqasında X turun oyunları yekunlaşıb. SİA-nın məlumatına görə, son oyun günündə "Maynts" "Borussiya"nı, "Hoffenhaym" isə "Hannover"i qəbul edib. "Maynts" - "Borussiya" matçında sevinən tərəf qonaqlar olub. Belə ki, "Borussiya" rəqib qapısından 2 cavabsız top keçirib və səfərdə qələbə qazanıb.
Digər matçda isə "Hoffenhaym" qələbə qazanıb. Meydan sahibi oyunda 4 dəfə fərqlənib. "Hannover" isə bu qollardan birinin də əvəzini çıxa bilməyib. Beləliklə, "Hoffenhaym" öz meydanında "Hannover"i 4:0 hesabı ilə darmadağın edib.

Bütün xəbərlər Facebook səhifəmizdə