Yığmamız həm darmadağın etdi, həm də darmadağın oldu

Yığmamız həm darmadağın etdi, həm də darmadağın oldu

Almaniyada təlim-məşq toplanışında olan 15 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində 3 yoldaşlıq oyunu keçirib. SİA AFFA-nın  rəsmi saytına istinadən xəbər verir ki, yığmamız bu oyunların ikisini böyükhesablı qələbə ilə başa vurub. Ancaq təəssüf ki, digər oyunda yığmamız böyükhesablı məğlubiyyətə düçar olub.

U-15-in keçirdiyi yoldaşlıq görüşlərinin hesabını diqqətinizə çatdırırıq:
 
SV Leonberq - Azərbaycan U-15 4:2
Qollar: Aysun Əliyeva (2), Aliyə Vəliyeva (15)
 
VFB Reqensburq - Azərbaycan U-15 0:5
Qollar: Şəfəq Nəsirova (11, 24, 32, 66), Aliyə Vəliyeva (28)
 
Ziqetsdorf - Azərbaycan U-15 0:7
Qollar: Nigar Cəlilli (19, 65), Kamilla Məmmədova (21), Şəfəq Nəsirova (27, 68),  Olya Şioşvili (34), Əminə Heydərova (70)

Bütün xəbərlər Facebook səhifəmizdə