Fərhat Arıcan: “Bakıda dünya kuboku çox yüksək səviyyədə təşkil edilib”
Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunda uğurla çıxış edən Türkiyə idmançısı Fərhat Arıcan yarış haqqında təəssüratlarını bildirib. SİA-nın məlumatına görə, o, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib: “Azərbaycanda öz ölkəmdəki kimi rahatam. Burada yarışmaqdan çox zövq alıram. Bakıda dünya kuboku çox yüksək səviyyədə təşkil edilib. Azarkeşlərə məni dəstəklədikləri üçün minnətdaram .Yüksək nəticələrlə onları sevindirməyə çalışacağam”.
Qeyd edək ki, F.Arıcan dünya kubokunda paralel qollar üzrə yarışlarda təsnifat mərhələsində 14.900 xal yığmaqla birinci yerdə finala vəsiqə qazanıb. O, digər alətlərlə yarışlarda da mübarizəsini davam etdirir.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB