Samir Abasov Xəyal Nəcəfovu əvəzedici heyətə göndərib

Samir Abasov Xəyal Nəcəfovu əvəzedici heyətə göndərib

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov komandanın yarımmüdafiəçisi Xəyal Nəcəfovu cəzalandırıb. SİA-nın məlumatına görə, mütəxəssis U-21 millisinin üzvünü əvəzedici heyətə göndərib. S.Abasov qərarı ilə bağlı bunları söyləyib: "Mövsümün sonuna kimi əvəzedici heyətdə çıxış edəcək. Nizam-intizama ciddi önəm veririk. Bu məsələdə çox ciddiyik. Bizi bu həddə gətirdiyi üçün belə etdik. Çox şey dedik, dərs çıxarmadı. İndi isə əvəzedicidə oynasın. Milliyə dəvət alırdı, əsas heyətdə oynayırdı. Hər şeyin yaxşı getdiyini düşünürdü. Ancaq nizam-intizam məsələsi hər şeydən vacibdir".

Qeyd edək ki, X.Nəcəfov U-21 millisinin Kosovo və İrlandiya ilə keçiriləcək görüşlərinə dəvət almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə