"Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən komandalararası taekvando üzrə Avropa Kuboku yarışları başa çatıb. SİA-nın məlumatına görə, yarışda Azərbaycan yığması ilə yanaşı, digər ölkələrdən 11 qadın və kişi komandaları mübarizə aparıblar.
Azərbaycanın idman şərəfini kişi komandamızda Samir Aydınov, Ziya Qasımov (hər ikisi – 58 kq), Fariz Əliyev, Elvin Məmmədov (hər ikisi - 68 kq), Rəşad Əhmədov, Bayram Vəliyev (hər ikisi – 80 kq), Təvəkkül Bayramov (80 kq çəki dərəcəsindən yuxarı), qadınlardan ibarət yığmada isə Türkanə Tahirli, Xəyalə Quliyeva (hər ikisi – 49 kq), Səbinə Mikayılova, Nigar Hacıyeva (hər ikisi – 57 kq), Günay Ağakişiyeva, Arzu Bağırova (hər ikisi – 67 kq), Fəridə Əzizova, Yelena Abbasova (hər ikisi – 67 kq-dan yuxarı) qoruyublar.
Həm qadın, həm də kişi komandamız dörddəbir final mərhələsində Fransa komandalarına müvafiq olaraq 1:3 və 2:3 hesabilə məğlub olublar.
Komandalararası Avropa kuboklarına isə Rusiya (kişi) və İspaniya (qadın) komandaları sahib olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB