Dünya kubokunda daha bir növdə finalçılar müəyyənləşdi

Dünya kubokunda daha bir növdə finalçılar müəyyənləşdi

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunda paralel qollar üzrə yarışlarda finala vəsiqə qazanan idmançılar müəyyənləşib. SİA-nın məlumatına görə, finalda, təsnifat mərhələsində 14.900 xalla 1-ci olan türkiyəli Ferhat Arıcan, 17.633 xalla 2-ci olan yaponiyalı Kenta Çiba, 14.333 xalla 3-cü olan bolqarıstanlı Andrey Likovitskiy, 14.300 xalla 4-cü olan italiyalı Matteo Levantesi, 14.166 xalla 5-ci olan digər italiyalı Karlo Maççini, 14.133 xalla 6-cı olan yaponiyalı Fuya Maeno, 14.000 xalla 7-ci olan çinli Xinqyu Lan və 13.933 xalla 8-ci olan tayvanlı Kai Çih Lii müabarizə aparacaq.

Qeyd edək ki, bu növdə yarışan Azərbaycan idmançısı Timur Bayramov təsnifat mərhələsində 12.733 xalla 18-ci olub.

Yarış martın 18-də yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə